Mütəxəssislərdən XƏBƏRDARLIQ! Feysbukda yayılan "10 Year Challenge" əslində bu məqsədlərə xidmət edir


Digərləri 21 Yan 2019 03:30:00 602 0

Mütəxəssislərdən XƏBƏRDARLIQ!  Feysbukda yayılan "10 Year Challenge" əslində bu məqsədlərə xidmət edir

Feysbuk sosial şəbəkəsində ötən həftə start verilən və dünya miqyasında geniş maraq doğuran "10 illik dəyişiklik" hərəkatı (10 Year Challenge) müzakirələrə səbəb olub.

Son.az xəbər verir ki, CBS televiziyası bu barədə informasiya yayıb.

Xəbərə görə, insanların sosial şəbəkədə 10 il öncə və hazırkı vəziyyətlərini əks etdirən fotoları paylaşması əslində üztanıma (Face İD) alqoritmlərinin mükəmməlləşdirilməsinə xidmət edir.

Nyu York Universiteti Stern İdarəçilik fakültəsinin professoru Emi Vebb də hərəkatın süni intellektin inkişafı üçün əvəzsiz fürsət olduğunu, bununla Feysbuk sistemlərinin istifadəçilərin görüntülərindəki kiçik dəyişiklikləri daha yaxşı tanıyacaq şəklə gətirilməsinə imkan verdiyini bildirib.