Sabunçuda dörd otaqlı ev yanıb


Digərləri 21 Yan 2019 00:38:22 643 0

Sabunçuda dörd otaqlı ev yanıb

Bakı şəhərinin Sabunçu rayonunda dörd otaqlı ev yanıb.

Bakı. Tural Turan - Bakı şəhərinin Sabunçu rayonunda dörd otaqlı ev yanıb. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 80 m² olan kürsülü birmərtəbəli 4 otaqlı evin 1 otağının tavanı 35 m² sahədə və içərisindəki ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.