Ağstafada yanğın zamanı xəsarət alan


Digərləri 20 Yan 2019 23:14:00 523 0

Ağstafada yanğın zamanı xəsarət alan

Ağstafa rayonunda yaşayış binasında baş vermiş yanğın zamanı xəsarət alan qadın dünyasını dəyişib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Üç ailənin yaşadığı 1 mərtəbəli binada baş vermiş yanğın zamanı xəsarət alan 1960-cı il təvəllüdlü Natalya Əhmədəliyeva Bakı şəhərində yerləşən xəstəxanaların birinə aparılan zaman yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.