​İlk üçbucaq formalı şokoladın yaradıcısı


Digərləri 20 Yan 2019 22:35:00 710 0

​İlk üçbucaq formalı şokoladın yaradıcısı

Hər şey Jean Toblerin 1868-ci ildə Bern şəhərində özünə qənnadı dükanı açması ilə başlayır. Jean Tobler digər istehsalçılardan aldığı məhsullarla şokolad istehsal edir.

Son.az biznesmen.az-a istinadən bildirir ki, 1899-cu ildə oğlu Theodor ilə birlikdə şəxsi "Fabrique de Chocolat Berne, Tobler & Cie" adlı şokolad fabrikini açır. "Toblerone"  brendinin 1909-cu ildə  patentini alaraq istehsalına başlayır.

"Tobler" italyan dilində qoz halvası(nuqa) mənasına gələn "torrone" sözlərindən götürülüb. Tobleronenin bir özəlliyi də dünyanın ilk üçbucaq formalı şokoladı olmasıdır. Bu forma Tobler Matterhorn dağından ilhamlanaraq yaradılıb. Dağın üzərindəki ayı şəkli isə şokoladın yaradıldığı şəhəri simvolizə edir.

1969-cu ildə ilk qara şokoladlı toblerone satışa çıxarılır.