Binəqədidə bağlı qapı arxasında qalan şəxs xilas edilib


Digərləri 20 Yan 2019 22:39:00 683 0

Binəqədidə bağlı qapı arxasında qalan şəxs xilas edilib

Binəqədidə bağlı qapı arxasında qalan şəxs xilas edilib.

Son.az Trend-ə istinadən bildirir ki, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açmış və vətəndaşı halsız vəziyyətdə aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.