İnsan bədənin normal hərarəti


Digərləri 20 Yan 2019 21:55:00 603 0

İnsan bədənin normal hərarəti

Bədən hərarəti nədir?

Bədən temperaturunun normal temperaturun üzərinə çıxmasına bədən hərarəti adlanır. Ümumiyyətlə makatdan ölçülən normal bədən temperaturu 36.4 - 37.6 C, qoltuq altından ölçülən normal temperatur isə 36.5-37.0 C olaraq qəbul edilir.

Uşaqlarda bədən temperaturu, yeniyetmələrdən daha yüksəkdir və bədən hərarətinin gün ərzində müəyyən ritmi vardır. Gün boyu səhər və axşam saatları arsında 0.5-1.0 C fərq olur. Bu vəziyyətə gündəlik temperatur ritmi deyilir. Uşaqlarda ən yüksək bədən temperaturu saat 17:00-19:00 arasında, ən aşağı temperatur isə saat 24:00- 06:00 arasında olur. Bədən hərarəti ağızdan, makatdan, qoltuq altı ya da qulaqdan ölçülə bilər. Qoltuq altı temperaturu, həqiqi bədən hərarətindən bir az daha aşağıdır.

Son.az tibb.az-a istinadən bildirir ki, bədən temperaturunun 37 C-nin üzərində olduğu zaman bədən hərarətinin yüksək olmasından bəhs edilir. Qoltuq altı temperaturu 37-37.5 C arası , 37.6-37.9 C arası az bədən hərarəti, 38-38.5 C arası orta dərəcədə çox bədən hərarəti, 38.5-39.5 C arası çəx bədən hərarəti, 40 C-nin üzərində isə çox yüksək çox yüksək bədən hərarətidir. Qoltuqaltından təyin edilən bədən hərarəti ölçüləri makatdan götürülən ölçülərə görə 10 C daha aşağıdır.

Bədən hərarətini müəyyən etmədə ən doğru ölçü metodu termometrdən (dərəcə) istifadə etməkdir. Əl təması ilə bədən hərarətinin ölçülməsi nisbi olub, həmçinin göstərilən şəraitə görə yanılmalara səbəb ola bilər.

Bədən temperaturu ölçümündə istifadə olunan termometrlər

Civəli Termometrlər: İstifadədən əvvəl civə səviyyəsinə nəzarət edilir əgər civə səviyyəsi yüksək isə silkələyərək azaldılır. Klassik olaraq uşaqlarda bədən hərarəti 4 yaşa qədər makatdan ölçülür. Bu üsul ən ideal olanıdır. 380 C-dən çox hallarda bədən hərarətinin olduğu qəbul edilir. Makatda yara varsa və ya bu ərazidə əməliyyat keçirilibsə, bu ərazi istifadəyə yararsızdır. 1-2 Yaşından sonra əgər uşaq etiraz edirsə, ona hörmət edilərək digər tərəflərdən ölçü aparılır.

Makatdan ölçmək üçün uşaq yan yatırılaraq civəli makat termometrinin ucu sonuna qədər qoyularaq 3 dəqiqə gözlənilir. Sonra çıxarılır beləliklə, civə parlaqlığı səviyyəsi görülmüş olur. Civəli termometrlərin qoltuqaltı tipləri ilə asan oxunan daha böyük növləri də mövcuddur. Çox kiçik vaxtından qabaq doğulmuş uşaqlarda bədən hərarəti ölçmə işi rektal olaraq tətbiq etmək olmaz. Böyük uşaqlarda bədən hərarəti ölçmə isə qoltuqaltı və qasıq bölgəsindən həyata keçirilir .

Civəli termometrlər yerə salınarsa və istifadə zamanı qırıla bilər bu görə səliqəli istifadə edilməlidir.

Elektron - Rəqəmli Termometrlər: Civəli termometrlərə ən yaxşı alternativ olan rəqəmsal termometrlər son illərdə olduqca geniş istifadə edilir. Civəli termometrlərə nisbətən davamlı olmaları səbəbi ilə zərbələrə dayanıqlı və yerə düşdüyü zaman qırılmama, giriş və ölçüm sonunda səsli xəbərdarlıq verə bilmə və avtomatik olaraq bağlanma kimi xüsusiyyətləri var. Rahat oxunan, bütün bədən hərarəti ölçülə bilən yerlərdə tətbiq olunan bu termometrlərin istifadələri asandır. Qulaq Termometrləri: Timpanik infrared emissiya təhqiqatçı, pratik və anında nəticə alınan termometrlərdir. Bu termometrlərin istifadəsində filtrlərini tez-tez dəyişdirmək və ölçüm məsafəsini yaxşı tənzimləmək lazımdır. Lent Şəklində Termometrlər: Bədən, alın, əl biləyi kimi yerlərə tətbiq edilərək istifadə edilə bilər. Oxunması asan lakin istifadəsi geniş olmayan termometrlərdir.

Nəyə görə bədən hərarəti artır? Bəzi bakteriya və virusların ifraz etdiyi maddələr və ya özləri, bədənimizə xəbərdarlıq edərək bəzi bədən maddələrinin artmasına yol açır. Bu maddələr də beynimizə təsir edərək bədən hərarətinin artmasına səbəb olur.

Bədən hərarətinin yüksəlməsi orqanizmdə nələrə yol açır? Bədən hərarətinin yüksəlməsi zamanı titrəmə, əl və ayaqlardakı damarlarda müvəqqəti daralmağa bağlı olaraq əllər və ayaqlarda soyuma kimi əlamətlər ortaya çıxır.

Bədən hərarəti 6 ay-6 yaş arası uşaqlarda narahatçılığa yol açır; Həmçinin uşaqlarda sayıqlama, hallyusinasiya kimi təsirlər göstərir.

Bədən temperaturunun yüksək olduğu hallar ilə necə mübarizə edə bilərik? 1. Dərmanlar: Parasetamol, ibuprofen

2. Soyuk tətbiqi

Dərmanlar:

Ən geniş istifadə edilən dərman parasetamoldur. Yan təsirləri olduqca az və etibarlı bir dərmandır.Dozu isə 4-6 saatda bir kiloqram başına 10-15 mg.dır. Gündəlik doza kiloqram başına 60 mg.ı keçməməlidir.

Burada əhəmiyyətli olan dərmanın tərkibindəki parasetamolun neçə milliqram olmasıdır. Bu səbəblə dərmanın neçə milliqram olduğunu mütləq oxuyun.