20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar


Dünya 20 Yan 2019 21:42:00 416 0

20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar

20 yanvar 1990-cı il tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar.

Son.az bildirir ki, bunu Trend-ə  gürcüstanlı politoloq Gela Vasadze deyib.

G.Vasadzenin sözlərinə görə, yanvarın 20-ə keçən gecə Bakıda baş verənlər yeni Azərbaycanın doğulduğu hadisələr oldu:

"İnsanlar başa düşdü ki, Sovet hakimiyyəti xalqın müdafiəsini təmin etmək gücündə deyil və hətta öldürməyə başlayıb. Bütün bu hadisələrdən sonra, 1991-ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi".

Politoloq qeyd edib ki, analoji hadisələr 1989-cu ilin aprelində Gürcüstanda da baş verdi və bu andan etibarən Sovet hakimiyyəti süquta məhkum oldu: