Mingəçevirdə 20 yanvar şəhidlərinin xatirəsi anılıb FOTO


Digərləri 20 Yan 2019 21:49:00 970 0

Mingəçevirdə 20 yanvar şəhidlərinin xatirəsi anılıb  FOTO

Bu gün 20 Yanvar faciəsinin 29-cu ildönümü münasibəti ilə Mingəçevirdə silsilə anım tədbirləri keçirilib.

"Report"un Şirvan bürosu xəbər verir ki, öncə Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov başda olmaqla hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanı Xatirə Kompleksində 20 Yanvar faciəsi qurbanları abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyublar.

Daha sonra Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının ifasında 20 Yanvar faciəsinə həsr olunmuş səhnələşdirilmiş ədəbi kompozisiya nümayiş olunub. Faciənin miqyası bədii formada anım tədbiri iştirakçılarına çatdırılıb. Mərasimin gedişində avtomobillərdən qalxan səs siqnalları hərəkətliliyi bir anlığa dondurub və şəhər sakinləri şəhidlərin xatirəsinə ehtiram duruşu nümayiş etdirib.


Xəbərə aid fotolar