Sifilis – həzzlə gələn bəla


Digərləri 20 Yan 2019 20:50:00 713 0

Sifilis – həzzlə gələn bəla

Bir sıra yoluxucu xəstəliklər var ki, onların törədiciləri bir şəxsdən başqasına, əsasən, cinsi əlaqə yolu ilə yoluxur. Sifilis, süzənək, yumşaq şankr, qasıq limfaqrapulomatozu (dördüncü zöhrəvi xəstəlik), donovanoz (beşinci zöhrəvi xəstəlik) və, nəhayət, son vaxtlar aşkar edilmiş QİDE (qazanılmış immundefisit sindromu) xəstəlikləri ən çox cinsi əlaqə vasitəsilə yoluxur. Cinsi təmas yolu ilə sidik yollanndan yoluxub pozqunluq əmələ gətirən xəstəliklərdən trixomoniazı, sidik-cinsiyyət xladimiozunu da xüsusilə qeyd etmək lazımdır. Bundan əlavə nedikulyoz (bitliliyin müxtəlif formaları, xüsusilə qasıq bitləri), qoturluq, kandilomalar və s. yoluxa bilər. Zöhrəvi xəstəliklərə adətən əxlaq qanunlarını pozaraq təsadüfi cinsi əlaqələrdə olan şəxslər yoluxurlar. Zöhrəvi xəstəliklərə yoluxmaqda alkoholun da rolu böyükdür. Tədqiqatlarla müəyyən olunmuşdur ki, zöhrəvi xəstəliyə tutulanların 80 faizindən çoxu sərxoş olduqları vaxt yoluxmuşdur. Çünki sərxoş olan adamda abır, həya, qorxu, ehtiyat hissləri unudulur və seksual tələbatını təcili surətdə yerinə yetirmək istəyi yaranır ki, bu zaman da o, müqabil tərəfin kim olduğuna əhəmiyyət vermədən onunla cinsi əlaqədə olaraq zöhrəvi xəstəliyə yoluxur.

Sifilis nədir? Son.az tibb.az-a istinadən bildirir ki, sifilis xroniki şəkildə keçən, bütün orqanlarda, o cümlədən dəridə, sinir sistemində yoluxma əmələ gətirən yoluxucu zöhrəvi xəstəlikdir. Bu xəstəliyin törədicisi qıvrım sapşəkilli hərəkətli solğun trepone-madır. Onlar çox asanlıqla dəridə, selikli qişalarda olan kiçik zədələrdən toxumalara daxil olurlar. Bu xəstəlik ən çox cinsi əlaqə yolu ilə yoluxduğundan onu (eləcə də cinsi əlaqə ilə yoluxdurulan başqa xəstəlikləri) zöhrəvi xəstəlik adlandırmışlar. Bu əslində sevgi xəstəliyi deməkdir, çünki Zöhrə qədim mifologiyada sevgi ilahəsidir.

Sağlam şəxsin sifilislə yoluxması adətən xəstəlik əlamətləri olan şəxslə bir başa təması (cinsi əlaqə, öpüşmək və s), bəzən xəstənin istifadə etdiyi müxtəlif əşyalar vasitəsilə, başqasının uşağına döşlə süd verməklə, bir papirosun bir neçə şəxs tərəfindən çəkilməsilə, tibbi müdaxilələrlə, müxtəlif dini adətlərlə (ziyarətə gələnlərin dini surətləri, mebrabları, bütləri öpmələr ilə) baş verir. Sifilisin cinsi əlaqədən kənar yolla yoluxmuş forması "məişət sifilisi" adlanır.

Qaynadılmamış alətlərlə uşaqlıq güzgüləri, diş müalicəsində işlədilən alətlər və s. vasitəsilə də sifilis yoluxması baş verə bilər. Yoluxma yollarından biri də dölün ana bətnində yoluxmasıdır. Bu xəstəli)'i keçirənlərdə sifilisə qarşı immunitet yaranmır və həmin şəxs təkrar olaraq sifilislə yoluxa bilər. Sifilis xəstəliyinin klinik gedişi bir-birini əvəz edən üç əsas dövrə bölünür.

Bütün yoluxucu xəstəliklər kimi sifilisin də gizli dövrü olur. Bu dövr adətən 3-4 həftə, bəzən 9-11 gün, bəzən də 92 günə qədər ola bilər. Gizli dövrdə aparılan müalicə xəstəliyin inkişafını dayandırır, müalicəsinin daha təsirli olmasına və xəstənin tamamilə sağalmasına şərait yaradır. Elə buna görə cinsi əlaqədə və yaxud yaxın təmasda olduğu şəxsin sifilislə xəstə olduğunu bildikdə təcili surətdə müalicəyə başlamaq üçün həkim-veneroloqa müraciət etmək lazımdır.

Sifilisin ilkin dövrü

Gizli dövr xəstəliyin törədicisi solğun treponemanın bədənə daxil olduğu yerdə (bu öpüşməklə olduqda dodaqlarda, cinsi əlaqə ilə olduqda cinsiyyət üzvlərində) tədricən bərkiyən və tezliklə eroziya və yaxud yaraya çevrilən qırmızının əmələ gəlməsilə qurtarır. Əmələ gəlmiş eroziya və yaxud yara hamar kənarları olan dairə və ya oval şəkildə, təzə ət rəngində olur və lak sürtülmüş kimi

parıldayır, daxilində, az miqdarda seroz maye olur. Bu mayedə laboratoriyada müayinə etməklə xəstəliyin törədicisi solğun treponemaları aşkar etmək olar.

Yaranın əsası qığırdağı xatuladan toxumadan ibarət olur. Belə möhkəm toxumaya görə sifilis yarası bu dövrdə "bərk şankr" adlanır. Bərk şankrın meydana çıxması sifilisin 6-7 həftə davam edən birinci dövrünün əsas simptomlarından biridir. Şankr bədənin müxtəlif yerlərində - cinsiyyət üzvlərində (90%), ağız boşluğunda, qasıqda və budların daxili səthində, düz bağırsağın girəcəyində, döş vəzilərində ola bilər. Şankrın böyüklüyü 10 qəpiklik və ya bir qədər böyük, sayca birdən beşəcən ola bilər. Bərk şankr adətən ağrısız, yara ətrafında kəskin iltihab əlamətləri olmadan inkişaf etdiyindən ilk dövrlərdə xəstələrin çoxu buna əhəmiyyət vermir, müxtəlif məlhəmlər, dərmanlar tətbiq etməklə "özünü müalicə" üsulundan istifadə etməyə çalışırlar. Sifilisin birinci dövrünün əlavə simptomlarından biri də şankra yaxın nahiyələrdə limfa düyünlərinin böyüməsi və Ya spesifik bubonların əmələ gəlməsidir. Məsələn, əkər bərk şankr kişinin cinsiyyət üzvündə olarsa əvvəlcə bir tərəfin, sonra o biri tərəfin qasıq vəziləri böyüyəcəkdir. Bu vəzilərin böyüməsi adətən şankrın meydana çıxmasından 5-8 gün sonra müşahidə olunur. Onlar lobya, paxla, gavalı boyda, bəzən daha böyük ola bilər. Onlar ağrısız olub, ətraf toxumalarla birləşmədiklərindən hərəkətli olurlar. Onların üstünü örtən dəri sahəsində heç bir dəyişikliklər olmur, hazırda elə sifilisli xəstələrə təsadüf olunur ki, Onlarda regional limfa vəzilərinin böyüməsi müşahidə. olunmur.

Qanın seroloji müayinəsinin nəticəsindən asılı olaraq, sifilis birincili seroneqativ (seromenfi) və birin-çili seropozitiv (seromüsbət) sifilis adlanır. Qanın seroloji müayinəsi yalnız sifılisin birinci nişanlan meydana çıxdıqdan 2-4 həftə sonra müsbət olur. Seroneqativ sifilisə nisbətən birincili seropozitiv sifilisin müalicəsi daha böyük zəhmət və uzun müddət tələb edir. Deməli, müalicənin dərhal başlanmasının böyük əhəmiyyəti var.

Bərk şankr meydana çıxdıqdan 1-2 ay sonra hətta heç bir müalicə keçirilmədən örtülüb sağalır, yerində yalnız kiçik çapıq əmələ gəlir. Lakin bu heç də sifilisin öz-özünə keçməsi və xəstənin sağalması demək deyil. Bu zaman o, sadəcə olaraq qısamüddətli gizli dövrə keçir və daxildə xəstəlik törədən mikroblar çox sürətlə inkişaf edib artırlar. Gizli dövrdən sonra bütün limfa düyünləri böyüyür, əzginlik, zəiflik, baş ağrıları, subfevril Hərarət, oynaqlar və əzələlərdə ağrı hissləri olur.