Həyatda uğur qazanmış insanlar hər səhər bunu edir


Digərləri 20 Yan 2019 20:05:00 778 0

Həyatda uğur qazanmış insanlar hər səhər bunu edir

Müasir dövrümüzün Bill Qeyts, Stiv Cobs, Riçard Branson kimi dahi şəxsiyyətləri uğurlu karyeraları ilə bütün dünyaya örnək olub və olmaqda da davam edir. Bəs bu insanların böyük uğur qazanmasının səbəbi nədir? Başlıca səbəb ondan ibarətdir ki, bu insanlar öz işlərini sevir və işə başlamaq üçün səhər tezdən yuxudan oyanırlar.

Son.az gencaile.az-a istinadən bildirir ki, məşhur elm adamları və milyarderlər səhər vərdişlərini sanki dini ritual kimi yerinə yetirir. Onların özləri də müsahibələrində uğur formulunu səhər vərdişlərinə borclu olduqlarını dəfələrlə etiraf ediblər.

1. Riçard Branson - "Virgin Group"-un sahibi

Səhər yuxudan duran kimi üzçügülüklə məşğul olur və ya sörfinq edir.

Bu məşqləri vitamini bol olan məhsullarla tamamlayır. Səhər yeməyində sağlam qidalanır.

Günə gümrah başlamaq üçün yatmazdan əvvəl pərdələri açıq qoyur.

2. Varren Buffet - "Berkshire Hathaway"

Hər gün mütləq 500 səhifə oxuyur. Həqiqətən mütaliə dəlisidir. Günün 80 faizini kitab və məqalələr oxuyaraq keçirir.

Səhər saat 6:45-də oyanıb ofisə getməzdən əvvəl gündəlik qəzetləri oxuyur.

3. Arianna Huffington - "Huffington Post"

Günə mütləq 30 dəqiqəlik meditasiya ilə başlayır.

Yuxu rejiminə xüsusi fikir verir.

Bütün cihazları yatmazdan əvvəl söndürür və çarpayısından kənarda saxlayır.

4. Bill Qeyts - "Microsoft"

Səhər yuxudan kimi 1 saat qaçış alətində idman edir. Bu zaman "Teaching Company" kurslarını izləyir.

5. Mark Zukerberq - "Facebook"

Bütün gecə yarıya qədər işləməyibsə, səhər yuxudan mütləq 8:00-da oyanır.

Geyim seçimi üzərində əlavə vaxt itirməmək üçün hər gün eyni rəngli qolsuz köynəklər geyinir.

6. Opra Uinfri - "The Oprah Winfrey Show"

Oyanan kimi günə meditasiyaya başlayır, sonra isə qaçış alətində məşq edir.

Sağlam qidalanmasına diqqət edən Opra səhər yeməyində faydalı məhsullar yeyir.

İşə mümkün qədər tez gedir.

7. Elon Musk - "SpaceX", "Tesla Motors" , "Zip2", "OpenAl", "Solar City"

Gecə 1:00-də yatıb səhər 7:00-də oyanır.

Adətən səhərlər yemək yemir, nadir hallarda qəhvə içir və omlet yeyir.

Günorta yeməyinə də sadəcə 5 dəqiqə ayırır.