Dünyada ən çox pul qazanan peşə sahibləri


Digərləri 20 Yan 2019 19:35:00 644 0

Dünyada ən çox pul qazanan peşə sahibləri

İnsanlara verilən əmək haqları dünya üzrə ölkədən ölkəyə, hətta ölkə içərisində yerləşən şəhərdən-şəhərə kifayət qədər fərq edir. Lakin bəzi peşələr vardır ki, həmin peşə sahibləri dünyanın hər bir yerində yüksək maaş alırlar.

Son.az biznesmen.az-a bildirir ki, sözügedən peşələri təqdim edir.

Anestezioloq

ABŞ-da bir həkim anestezioloq mütəxəssisi ildə 410 min dollardan çox pul qazana bilir. Birləşmiş Ərəb Əmirliyində isə  bu peşə sahibləri bir il ərzində 275 min dollar maaş alırlar. Almaniya və Kanada isə bu göstərici 300 min dollardır.

Cərrah

Cərrahlıq da ən çox gəlir gətirən peşələr arasında xüsusi yer tutur. Cərrahlar, ABŞ-da bir il ərzində 396 min dollar əmək haqqı alırlar. Bu göstərici  Kanadada 310 min, İngiltərədə 220 min, Almaniyada isə təxminən 248 min dollardır.  

Həkim

Anestezioloq və cərrahlıq tibb sahəsinə aid peşələr olsalar da, ümumilikdə həkimlik peşəsi dünyada ən çox gəlir gətirən işlərdən hesab edilir. Həkimliyin digər sahələrinə aid olan peşə sahibləri ABŞ-da illik 235 min dollar pul qazana bilirlər. Bu rəqəmlər İngiltərədə 167 min, Almaniyada 120 min, Kanadada 186 min dollardır.

Ortodentist

Diş, çənə və ağız əyrilikləri ilə bağlı müalicə işlərini görən ortodentist mütəxəssisləri, bir il ərzində İngiltərədə 327 min, ABŞ-da 295 min, Almaniyada 192 min, Kanadada isə 157 min dollar civarında əmək haqqı alırlar.  

Diş həkimi - Stomatoloq

Stomatologiya da ortodentistlər kimi ən çox pul gətirən peşə hesab edilir. Bir diş həkimi ABŞ-da il ərzində 225 min dollar qazanırsa, bu göstərici İngiltərədə 135 min dollar, Almaniyada 120 min dollar, Kanada da isə 180 min dollara qədər artır.

CEO - icraçı direktor

Bu vəzifə sahiblərinin qazancları şirkətlərdən asılı olaraq dəyişir.

PayScale.com nəşrinin apardığı araşdırmalara görə, ABŞ-da işləyən CEO-lar illik 430 min dollardan çox pul qazana bilirlər. Bu rəqəm Almaniyada 390 min, İngiltərədə 295 min, Kanadada isə 250 min dollardır.  

Mühəndis

Mühəndislər ABŞ-da bir il ərzindı 156 min dollar qazanır. Bu rəqəmlər,  İngiltərədə ortalama 136 min dollar, Almaniyada 173 min, Kanadada isə 190 min dollardır.

İT mütəxəssisi

İT mütəxəssisləri ABŞ-da 133 min, İngiltərədə 78 min, Almaniyada 98 min, Kanadada 94 min dollar qazana bilir.