DİN bu gün Şəhidlər xiyabanında baş vermiş insidentə


Digərləri 20 Yan 2019 19:24:00 636 0

DİN bu gün Şəhidlər xiyabanında baş vermiş insidentə

Daxili İşlər Nazirliyi bu gün Şəhidlər Xiyabanında bir qrup müxalifət təmsilçisinin saxlanılması barədə yayılan məlumatlara aydınlıq gətirib.

DİN-in mətbuat xidmətinin rəisi Ehsan Zahidov Son.az-ın sorğusuna cavab olaraq bildirib ki, ötən gün özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin Yasamal rayonundakı idman-sağlamlıq kompleksinin stadionunda keçirdikləri mitinq başa çatdıqdan sonra iştirakçılar dağılışarkən bir qrup şəxs qəsdən qarşıdurma yaratmağa cəhd göstərərək ictimai asayişi pozmağa çalışıb.

Lakin həmin vaxt orada təhlükəsizliyi təmin edən polis əməkdaşları cəhdin qarşısını alıb və onlara xəbərdarlıq edib: