"20 Yanvar hadisələri də xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda hərəkatdan çəkindirə bilmədi"


Siyasət 20 Yan 2019 18:07:00 575 0

"20 Yanvar hadisələri də xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda hərəkatdan çəkindirə bilmədi"

20 Yanvar faciəsi təkcə Azərbaycan xalqının deyil, dünya tarixinin ən qanlı, qəddar səhifələrindən biridir.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Millət vəkili bildirib ki, dövlətin bir nömrəli vəzifəsi vətəndaşının təhlükəsizliyini qorumaqdır: "Amma 20 yanvar 1990-cı ildə Sovet dövləti Bakı sakinlərinə qarşı xəbərdarlıq etmədən qanlı divana başladı və qısa bir zamanda yüzlərlə insan öldürüldü, xəsarət aldı. Onların hamısı əlində silah olmayan, silahlı müqavimət göstərməyən dinc sakinlər idi. Öldürülənlər arasında azyaşlılar, sadəcə olaraq avtomobilində, küçədə gedən insanlar, təcili yardım maşını ilə yaralılara köməyə tələsən həkimlər də var idi".

A.Mirzəzadə vurğulayıb ki, 20 Yanvar faciəsini törətməkdə məqsəd müstəqillik, torpaqlarını qorumaq uğrunda mübarizə aparan Azərbaycan xalqının gözünü qorxutmaqdan ibarət idi:

"Sovet rəhbərliyi tərəfindən dəstəklənən erməni millətçiləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini özlərinə birləşdirmək istəyirdilər. Buna etiraz edən xalq 1988-ci ildən mübarizəyə başlamışdı. Xalqın siyasi iradəsini qıra bilməyən SSRİ rəhbərliyi Azərbaycan xalqına qarşı belə bir qanlı divan tutmağa və bununla da xalqı mübarizədən çəkindirməyə çalışdı. Ancaq hadisələrin sonrakı gedişatı göstərdi ki, bu, nəinki xalqı qorxutmadı, əksinə, Azərbaycan xalqı daha da mətin oldu. 20 Yanvar hadisələri bir tərəfdən faciədir, digər tərəfdən isə qəhrəmanlıq nümunəsidir".

Deputat deyib ki, hakimiyyətin silahsız insanların üstünə ağır silahlarla gəlməsinə baxmayaraq, xalqımız mübarizədən çəkinmədi: "Mübariz insanların öldürülməsi xalqı Azərbaycanın ərazi bütövlüyü uğrunda hərəkatdan çəkindirə bilmədi. Hadisədən bir gün sonra Azərbaycan xalqının dahi oğlu Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bu faciəni pisləməsi, bu qırğına görə siyasi məsuliyyəti SSRİ rəhbərliyinin, ilk növbədə, Mixail Qorbaçovun daşıdığını elan etməsi böyük siyasi cəsarət idi. Bu, Azərbaycanın ümummilli liderinin xalqın milli maraqlarını qorumaq üçün atdığı cəsarətli siyasi addım idi".

A.Mirzəzadə qeyd edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək və şəhidlərin xatirəsi daim əziz tutulacaq.

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

“Sarı jiletlilər” 10cu dəfə mitinq keçirdi like
  • 20 Yan 18:00  
Dünya “Sarı jiletlilər” 10cu dəfə mitinq keçirdi

Bu gün Fransada ümumilikdə 80 min adam "sarı gödəkçəli"lərin

arrow Ətraflı
Çeçenistanda 123 minə yaxın insan işıqsız qalıb like
  • 20 Yan 17:53  
Dünya Çeçenistanda 123 minə yaxın insan işıqsız qalıb

Çeçenistanda 123 minə yaxın insan işıqsız qalıb.

arrow Ətraflı
Britaniyada məhkəmə binası qarşısında maşın partlayıb  VİDEO like
  • 20 Yan 17:45  
Dünya Britaniyada məhkəmə binası qarşısında maşın partlayıb VİDEO

Şimali İrlandiyanın Londonderri qraflığının mərkəzində yerləşən m

arrow Ətraflı
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı like
  • 20 Yan 17:30  
Siyasət Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı

"Əli Kərimli keçid qaydalarına riayət etməyəcəklərini bildirib"

arrow Ətraflı
Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı like
  • 20 Yan 17:29  
Digərləri Milli Şura Şəhidlər Xiyabanında qarşıdurma yaratdı - 20 nəfər saxlanıldı

Bu gün Ümumxalq hüzn günü - 20 Yanvar şəhidlərinin anım mərasimi ilə

arrow Ətraflı
Kraliça və əri Britaniya qanunlarını pozur like
  • 20 Yan 17:15  
Dünya Kraliça və əri Britaniya qanunlarını pozur

92 yaşlı kraliça II Elizabetin 97 yaşlı həyat yoldaşı Filip Mauntbetten

arrow Ətraflı
Çeçenistanda 123 minə yaxın insan işıqsız qalıb like
  • 20 Yan 17:01  
Digərləri Çeçenistanda 123 minə yaxın insan işıqsız qalıb

Çeçenistanda 123 minə yaxın insan işıqsız qalıb

arrow Ətraflı
Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb like
  • 20 Yan 16:52  
Dünya Macarıstanda etiraz aksiyalarının yeni dalğası başlayıb

Şənbə günü iki min nəfərə yaxın macar ötən ilin sonunda qəbul edilmi

arrow Ətraflı
İlham və Fərizənin həyatlarının son anları: like
  • 20 Yan 16:45  
Digərləri İlham və Fərizənin həyatlarının son anları:

Azərbaycan xalqına ailəmiz adından minnətdaram ki, 29 ildir şəhidlərimiz

arrow Ətraflı
Əfqanıstanda qubernatorun karvanına hücüm edildi: like
  • 20 Yan 16:35  
Dünya Əfqanıstanda qubernatorun karvanına hücüm edildi:

Əfqanıstanın Loqar əyalətinin qubernatoru Ənvər İşakzayın karvanına h

arrow Ətraflı
Ekspert: "Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu" like
  • 20 Yan 16:23  
Siyasət Ekspert: "Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu"

Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümu

arrow Ətraflı
Əfqanıstanda qubernatorun karvanına hücüm olunub: 8 ölü like
  • 20 Yan 16:19  
Digərləri Əfqanıstanda qubernatorun karvanına hücüm olunub: 8 ölü

Əfqanıstanın Loqar əyalətinin qubernatoru Ənvər İşakzayın karvanına h

arrow Ətraflı