Kraliça və əri Britaniya qanunlarını pozur


Dünya 20 Yan 2019 17:15:00 458 0

Kraliça və əri Britaniya qanunlarını pozur

92 yaşlı kraliça II Elizabetin 97 yaşlı həyat yoldaşı Filip Mauntbettenə polis rəsmi xəbərdarlıq edib. O, yenə də avtomobil sürərkən təhlükəsizlik kəmərini taxmayıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, bu məlumatı "Reuters" agentliyi yayıb.

Polis bildirib ki, "sürücüyə gərəkən məsləhətlər verilib". Bu, "sürücülərlə münasibətdə gündəlik praktikada olan işlərimizdən biridir".