Rusiyalı deputat: "Təssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb"


Siyasət 20 Yan 2019 16:30:00 571 0

Rusiyalı deputat: "Təssüf ki, 20 Yanvar faciəsinə beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb"

İlk öncə, öz adımdan, daha sonra Rusiya parlamentinin Azərbaycan parlamenti ilə Dostluq qrupu adından 1990-cı ilin 20 yanvar tarixində baş verən, 100-dən çox insanın ölümünə səbəb olan dəhşətli faciə ilə əlaqədər Azərbaycan xalqına başsağlığı verirəm. 

Son.az xəbər verir ki, bunu report-a acıqlamasında Rusiya Dövlət Dumasının deputatı Dmitriy Savelyev deyib.

Deputat 20 Yanvar faciəsinə bu günə kimi dünya dövlətləri tərəfindən hələ də yetərincə diqqət ayrılmadığını qeyd edib.

"Təssüf ki, bu günə kimi faciəyə dünya dövlətləri və beynəlxalq ictimaiyyət tərəfindən yetərincə diqqət ayrılmayıb və qiymət verilməyib. İnsanlar o dövrdə küçələrə çıxaraq haqsızlığa və ədalətsizliyə qarşı mübarizə aparırdılar. Mən bir həftə bundan qabaq Bakıda idim və Şəhidlər Xiyabanını ziyarət etdim. Milliyyətindən asılı olmayaraq günahsız insanların öldürüldüyünü gördüm. Fikirləşdim ki, keçmiş sovet dövlətinin o dövrkü rəhbərliyi belə cinayətkar əmri necə verə bilər?" - deyə D.Savelyev qeyd edib.

Rusiya parlamentinin deputatı hazırda həm Rusiyanın, həm də Azərbaycanın rəhbərliyində güclü iradəyə malik liderlərin müasir dövrdə bu cür faciələrin bir daha təkrarlanmasına imkan verməyəcəklərini də diqqətə çatdıraraq, rusiyalıların bu faciəni xatırladığını və Azərbaycan xalqının yanında olduğunu vurğulayıb.