Əfqanıstanda qubernatorun karvanına hücüm edildi:


Dünya 20 Yan 2019 16:35:05 407 0

Əfqanıstanda qubernatorun karvanına hücüm edildi:

Əfqanıstanın Loqar əyalətinin qubernatoru Ənvər İşakzayın karvanına hücum olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə polis rəsmisi Şapur Əhmədzay bildirib.

Onun sözlərinə görə, partlayıcı maddələrlə doldurulmuş avtomobil Kabildən Loqara gedən qubernatorun karvanına tərəf sürülüb və partladılıb. Baş verən partlayış nəticəsind əazı 8 nəfər həlak olub. Qubernatorun özü partlayışdan sağ çıxa bilib.