“Renault” və “Nissan”nın birləşdirilməsi tələb edildi


Dünya 20 Yan 2019 16:00:00 425 0

“Renault” və “Nissan”nın birləşdirilməsi tələb edildi

Fransa hökuməti Yaponiyadan hazırda alyansda fəaliyyət göstərən "Renault" və "Nissan" şirkətlərini vahid holdinqdə birləşdirməyi tələb edir.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Yaponiyanın iqtisadi dairələrində böyük nüfuza malik "Nikkey" qəzetinin bazar günü nömrəsində dərc edilən məqalədə bildirilir.

Qeyd edilir ki, müvafiq tələb Fransa nümayəndə heyətinin ötən həftə Tokioya baş tutan səfəri zamanı səslənib. Nümayəndə heyətinin tərkibinə Fransa Dövlət İştirakı Agentliyinin baş direktoru Marten Vial və İqtisadiyyat Nazirliyinin kabinet rəhbəri Emmanuel Mulen daxil olublar. Bundan əlavə, onlar həbs olunan Karlos Qonun yerinə yeni sədrin təyin ediləcəyini də bildiriblər. "Nissan" şirkətinin səhmlərinin 43,4 faizinə sahib olan Fransa tərəfi tərəfdaşlıq barədə müqaviləyə əsasən belə bir səlahiyyətə malikdir.