Məlahət Abbasova aparıcını fırıldaqçılıqda ittiham etdi FOTO


Şou-biznes 20 Yan 2019 15:00:00 617 0

Məlahət Abbasova aparıcını fırıldaqçılıqda ittiham etdi  FOTO

Əməkdar artist Məlahət Abbasova aparıcı Vüsalə Səidi fırıldaqçılıq ittiham edib. 

Son.az musavat.com-a istinadən xəbər verir ki, buna səbəb aparıcının təşkil etdiyi "Sinemanın kral və kraliçesi" yarışmasıdır. Belə ki, aparıcı ötən il Türkiyədə baş tutan layihənın Azərbaycan üzrə təşkilatçısı olub. O seçim turu keçirərək iki gənci Türkiyəyə aparıb.  Bu il isə hər il Türkiyədə Bonne Vie jurnalının təşkil etdiyi "Sinema güzeli" yarışmasının Bakıda seçim turu keçiriləcək və layihə rəhbəri aparıcı Aysel Nazimdir. Bakı seçimləri ilə bağlı münsif olan əməkdar artist Anar Heybətov gecə ilə bağlı paylaşım edib. Onun statusuna əməkdar artist şərh yazaraq ötən il gənclərin aldadıldığını bildirib: "Mən Türkiyədə yaşayıram. Burada kifayət qədər yeni sima var. İnsanları niyə aldadırsınız? Ötən il də bu cür yarışma keçirildi. Orada birinci seçilənlər hardadır? Hər kəsdən pul alıblar. İndi isə onlar ortada yoxdur".

M. Abbasovanın sözlərindən sonra "Sinema güzeli" layihəsinin Azərbaycan üzrə rəhbəri Aysel Nazim qaranlıq qalan məqamlara saytımıza açıqlama verərək aydınlıq gətirib. O, bildirib ki, seçimlər ödənişsizdir və layihənin səlahiyyətləri ona məxsusdur: "Birinci tur yanvarın 27-si baş tutacaq. Bakı seçiminin jüriləri Zümrüd Qasımova, Rüfət Nəzər, İlqar Əliyev, Rəşad Kəsəmənli, Gökhan Çoban və başqalarıdır.


Xəbərə aid fotolar