Trampdan yeni həmlə: Divara qarşı “qaçqınlıq islahatı”...


Dünya 20 Yan 2019 14:45:00 330 0

Trampdan yeni həmlə: Divara qarşı “qaçqınlıq islahatı”...

Amerika prezidenti Donald Tramp ABŞ-Meksika sərhədinin hörülməsini istədiyi 5.7 milyard dollarlıq divarın maliyyəsini qəbul etmələri qarşılığında demokratlara geniş miqyaslı bir "qaçqınlıq islahatı" təklifi edib.

Son.az musavat.com-a istinadən xəbər verir ki, ABŞ prezidenti Tramp demokratlarla aralarındakı qalmaqala və buna bağlı olaraq federal hökumətin qapanmasına səbəb olan "Meksika sərhədinə divar" mövzusunda Ağ Evin canlı yayınında bir açıqlama verib.

Tramp sözlərinə Meksika sərhədinə niyə fiziki bir divar hörülməsinin lazım olduğunu danışmaqla başlayıb: "Ölkəmizin qaçqınlıq sistemi çox pis şəkildə pozulub. Bunu düzəltməliyik" deyən Tramp cənub sərhədinin bəzi hissələrinin yetərincə mühafizə edilməməsinə görə narkotik qaçaqçılığı və qeyri-qanuni qaçqınların ölkəyə girməsi kimi əsaslı problemlərlə qarşı-qarşıya qaldıqlarını deyib.

Sözügedən divarın mütləq hörülməsinin vacibliyini bildirən Tramp bu günə qədər bu mövqeyi qəbul etməyən demokratlara içərisində bir çox başlığın olduğu yeni bir plan hazırladığını deyib. Tramp, təklif etdiyi plan çərçivəsində ABŞ-a valideynləri tərəfindən qeyri-qanuni olaraq gətirilmiş təxminən 700 min uşağın qanuni haqlarının 3 il boyunca qoruma altında olacağını və bu insanların deportasiya edilməyəcəyini bildirib.

Tramp eyni zamanda Amerikada Keçici Qoruma Statusu (TPS) altında yaşayan qaçqınların haqlarını 3 illiyinə uzadacaqlarını da sözlərinə əlavə edib.