Dünyanın ən qorxunc xəstəlikləri bu şəxslərdədir FOTO


Digərləri 20 Yan 2019 14:37:00 445 0

Dünyanın ən qorxunc xəstəlikləri bu şəxslərdədir  FOTO

Soyuq qış günlərində hərdən qızdırmamız qalxanda, ya da qrip olanda üsyan etməyə başlayırıq. Xəstəliyin bizdə qoyduğu izlər, həyatımızı bir neçə günlük də olsa, çətinləşdirməsi... Bütün bunların əsəbi, gərginliyi bir neçə gün davam edir. Amma dünyada elə qəribə, hətta dözülməz xəstəliklə yaşayanlar var ki...

Son.az musavat.com-a istinadən dünyanın ən qəribə xəstəlikləri ilə bağlı siyahı tərtib edib.

Başlayaq hindistanlı Sureşdən. Sureş 18 yaşından bəridir ki, Şir Sifət Sindorumuna yaxalanıb. Bu sindroma görə dözülməz ağrılar çəkən Sureşə həkimlər yardım edə bilməmişdi.

Sindrom üzdəki sümüklərin həddən artıq böyüməsinə görə xəstəyə şir üzünə bənzəyən bir görüntü verir. Sənədlərə görə, bu sindrom ancaq sümüklərin alınması ilə müalicə edilə bilir, amma 20 ildir Sureşə yardım edə bilən olmamışdı.

Amma indi cərrah Sunil Richardson sayəsində Sureşi görənlər onu tanımaqda çətinlik çəkirlər. Əməliyyatdan sonra üzü kimi adını da dəyişdirib Sureş. Yeni adı gizlilik səbəbi ilə dolayısı ilə bilinmir.

Dünyaya gəldiyindən hər şey normal olduğu halda, 2 ay sonra anası üzündə sallanmalar fərq etdiyi övladını həkimə aparıb. Sözügedən uşaq indi 6 yaşındadır. Erkən yaşlanma xəstəliyinə yaxalanan uşaq üçün həkimlər müalicənin çətin olduğunu, amma həyat səviyyəsini artıra biləcəklərini deyirlər.

Bədənində nadir bir xəstəliklə dünyaya gələn daha bir banqladeşli uşaq isə 18 aylıq olmasına baxmayaraq, belə görünür. Həkimlər kiçik uşağın bu xəstəliyə tutulan 21-ci insan olduğunu deyirlər.

Çində Xiao Yanın üzündəki ölümcül ləkənin çıxarılması üçün qeyri-adi bir texnika tətbiq edilib. Üzünə yumurta böyüklüyündə dörd ədəd şar implant taxılaraq, cildi genişləndirilib və ləkə götürülüb.