Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları:


Kriminal 20 Yan 2019 14:23:00 635 0

Mahaçqaladan Sabirabada qədər uzanan qisasın təfərrüatları:

Həmyerlisini xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Onun cəzası azaldılıb.

Son.az musavat.com-a istinadən xəbər verir ki, 1993-cü il təvəllüdlü Sabirabad şəhər sakini Vüqar Süleymanov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlqıla qəsdən adam öldürməyə cəhd) və 229.1-ci (qanunsuz olaraq odlu silah saxlama) maddəsi ilə təqsirli bilinib.

İttihama görə, Vüqar Süleymanov qanunsuz olaraq yivsiz odlu ov silahı üçün döyüş sursatı hazırlamaqla qisas almaq məqsədilə Davud Fərəcovu ümumi təhlükəli üsulla qəsdən öldürməyə cəhd edib.

Hadisə 2017-ci ilin noyabr ayında baş verib. İttihama görə, Vüqar Süleymanov həmyerlisi və tanışı Davud Fərəcovun Rusiyanın Mahaçqala şəhərində onun barəsində xoşagəlməz söhbətlər etməsindən xəbər tutub.

Həmin söhbətlər Mahaçqalada Sabirabaddan olan şəxslər arasında olub və Vüqar da bundan xəbər tutub. Davud Sabirabada qayıdarkən Vüqar bu məsələyə aydınlıq gətirmək istəyib.

Vüqar bu məqsədlə Davudla görüşüb və belə sözləri danışıb-danışmamasını dəqiqləşdirmək istəyib.

O, əvvəlcə nənəsinin evinin həyətyanı sahəsində gizlətdiyi 12 kalibrli qoşalüləli yivsiz ov tüfəngini götürüb. Tüfənglə birlikdə gizlətdiyi bir ədəd 12 kalibrli boş patronu isə atəşin təsir qüvvəsini artırmaq məqsədilə içərisinə şurup, qayka və vint kimi metal hissəciklərlə doldurub. Daha sonra həmin silahı "Sabir" adına su kanalının yaxınlığında gizlədib.

İttihamda yazılır ki, Vüqarın məqsədi Davudu su kanalının yanına gətirmək və təsdiq cavabı alarsa, öldürmək olub. Vüqar Davud Fərəcova zəng edərək onu su kanalının yaxınlığına dəvət edib. Vüqar qardaşı İlqara zəng edərək Davudu maşınla dediyi əraziyə gətirməsini istəyib.

Görüş yerinə Davud Fərəcovun yanında əmisi oğlu, qohumu və qonşusu da gəlib. Bu zaman söhbət qısa olub və Vüqar Davudla sonra təkbətək görüşməyi planlaşdırıb.

Bir neçə gün sonra Vüqar yenidən Davuda zəng edərək onunla görüşmək istədiyini deyib və onu yenidən su kanalının yanına çağırıb. Bu görüşə Vüqar qardaşı İlqarla gəlib. Davudun yanında isə əmisi oğlu Pərviz Fərəcov olub.