Sulşerdən mütləq rekord


İdman 20 Yan 2019 13:22:00 611 0

Sulşerdən mütləq rekord

Manchester United İngiltərə Premyer Liqasının XXIII turunda Brighton-a 2:1 hesabı ilə qalib gəlib. 

Goal.az xəbər verir ki, bununla da Ole-Qunnar Sulşer klubun tarixində mütləq rekorda imza atıb.

Belə ki, Joze Mourinyonu baş məşqçi postunda əvəzləyən norveçli debütdə ardıcıl 6-cı çempionat qələbəsini qazanıb. Sulşer 1946-cı ildə ardıcıl 5 qələbə ilə debüt edən Mett Basbinin rekordunu arxada qoyub. Ümumilikdə isə Sulşer startdakı qələbə sayını 7-yə çatdırıb.