Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı:


Digərləri 20 Yan 2019 14:07:00 514 0

Yoldan çıxan "Qazel" "06"nın üzərinə aşdı:

İmişli rayonunda baş verən avtomobil qəzasında 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb.

Son.az report-a istinadən bildirir ki, hadisə rayonun girişində baş verib.

"Qazel" markalı avtomobil yoldan çıxaraq, İmişli sakini, 1957-ci il təvəllüdlü Allahverdiyev Hidayət Şəkəralı oğlunun idarə etdiyi "VAZ-2106" markalı avtomobilin üzərinə aşıb. Nəticədə sürücü ölüb, avtomobildə olan sərnişinlər - İmişli sakinləri, 1962-ci il təvəllüdlü Əhmədov Ramiz Əhməd oğlu və 1967-ci il təvəllüdlü Məmmədova Kəmalə Qaraş qızı xəsarət alıblar. Yaralılar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.