Premyer Liqa klubundan gizli rekord


İdman 20 Yan 2019 12:38:00 620 0

Premyer Liqa klubundan gizli rekord

İngiltərə Premyer Liqasında çıxış edən Cardiff yeni futbolçu transfer edib. 

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Nantes-in hücumçusu Emiliano Sala uelslilərin formasını geyinəcək.

28 yaşlı futbolçu ilə 2022-ci ilin yayınadək müqavilə imzalanıb. Cardiff rəhbərliyi transferin məbləğini gizli saxlayaraq açıqlamasa da, Salanın klub tarixinin ən bahalı futbolçusu olduğunu elan edib.

Qeyd edək ki, Sala cari mövsüm Nantes-də keçirdiyi 19 matçda 12 qol vurub