Meksikada baş vermiş faciədə ölənlərin sayı 76ya çatıb


Dünya 20 Yan 2019 11:24:00 472 0

Meksikada baş vermiş faciədə ölənlərin sayı 76ya çatıb

 Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.

Son.az report-a istinadən bildirir ki, bu barədə "El Universal" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində yerli sakinlər tərəfindən qanunsuz olaraq deşilən vaxt baş verib. Hadisə zamanı ərazidə 350 yerli sakin olub.