3 ailənin yaşadığı evdə yanğın:


Digərləri 20 Yan 2019 11:18:00 420 0

3 ailənin yaşadığı evdə yanğın:

Ağstafada yanğın qeydə alınıb.

Son.az-ın FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Poylu kəndində bir dam altında tikilmiş 3 ailənin yaşadığı birmərtəbəli binada ümumi sahəsi 140 m² olan 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, digər otağının qapı-pəncərə çərçivəsi 6 m² sahədə və dam örtüyünün yanar konstruksiyaları 40 m² sahədə yanıb.

Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.