Roysdan Bayern Munich açıqlaması: "Söz verirəm ki..."


İdman 20 Yan 2019 10:55:00 613 0

Roysdan Bayern Munich açıqlaması: "Söz verirəm ki..."

Borussia-nın (Dortmund) almaniyalı futbolçusu Marko Roys Bayern Munich-ə keçmə ehtimalı haqqında danışıb.

Goal.az Almaniya mətbuatına istinadən xəbər verir ki, 29 yaşlı futbolçu heç vaxt Münhen klubuna transfer olunmayacağını deyib:

“Mən və Bayern Munich? Söz verirəm, məni heç vaxt Bayern Munich formasında görməyəcəksiniz. Həm də mənim yaxında 30 yaşım olacaq, Bayern Munich də gəncləşməyə çalışır”.

2012-ci ildə Münhenqladbax Borussia-sından 17 milyon avro müqabilində transfer olunan Roys, bu mövsüm iştirak etdiyi 24 oyunda 14 qol vurub, 9 məhsuldar ötürmə verib.