İçki məclisində dava düşdü:


Kriminal 20 Yan 2019 09:56:00 654 0

İçki məclisində dava düşdü:

Balakən rayonunda bıçaqlanma hadisəsi baş verib.

Son.az report-a istinadən bildirir ki, bu gecə saat 00:03 radələrində rayonun 1988-ci il təvəllüdlü Xalatala kənd sakini Heltayev Ruslan Əli oğlu başın təpə hissəsinin kəsilmiş yarası ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Müayinə zamanı məlum olub ki, R.Heltayev həmkəndlisi ilə yeyib-içən zaman aralarında mübahisə düşüb. Bu zaman içkili vəziyyətdə olan qarşı tərəf əlində olan bıçaqla onun başına xəsarət yetirib. Yaralı başında cərrahiyyə əməliyyatı aparıldıqdan sonra xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

R.Heltayevi bıçaqlayan şəxs Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.