Rusiya XİNdən təzyiq Ya anlamırlar,


Siyasət 20 Yan 2019 09:27:00 611 0

Rusiya XİNdən təzyiq  Ya anlamırlar,

"Rusiya XİN birinci dəfə deyil ki, erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana buraxılmaması ilə bağlı öz fikrini bildirir. Əvvəllər də bu məsələlər barəsində bəyanat verilib. Bu bəyanatları Azərbaycanın daxili işlərinə qarışmaq kimi qiymətləndirmık mümkündür. Rusiya vətəndaşı olan digər etnik qrupların nümayəndələri heç bir problemlə qarşılaşmadan Azərbaycana gəlir, gəzir və öz işləri ilə məşğul ola bilirlər. Azərbaycan dövləti erməni əsilli Rusiya vətəndaşlarının hökumətin aidiyyatı orqanları ilə razılaşdırılmamış şəkildə ölkəmizə gəlməsinə qarşıdır. Bunu dəfələrlə bəyan edib. Rusiya vətəndaşı olsa belə, bir erməni niyə Azərbaycana gəlmək istəsin?! Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini, hələ də Ermənistan ilə müharibə vəziyyətində olduğunu bilmirmi bu insanlar?! Yəni bu gəlişlərdə xoş niyyətdən daha çox təxribat ehtimalı var və bu diqqətdən qaçırılmamalıdır".

Bu barədə Son.az-a siyasi elmlər doktoru, politoloq Hatəm Cabbarlı bildirib.

Erməni əsilli Rusiya vətəndaşlarının Azərbaycana gəlişində təxribat ehtimalı var.

XİN: Ultimativ tərzdə Azərbaycanla danışmaq qəbuledilməzdir Onun fikrincə, burada Azərbaycanın təhlükəsizliyi baxımından iki əhəmiyyətli məqam var: "Birincisi, bu insanlar Azərbaycana gələrək planlı şəkildə Bakıda və yaxud digər şəhərlərdə erməni olduğunu bildirərək ətrafındakı adamların onlara olan münasibətlərini ictimailəşdirərək, bunu mətbuat səhifəsinə çıxarmaqla Azərbaycanın imicini korlayacaq kampaniya başlada bilər. İkincisi isə, erməni əsilli Rusiya vətəndaşının Ermənistan xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkəmizə gələrək hər hansı bir şəkildə təxribat törətmə ehtimaldır.

Azərbaycan bu baxımdan erməni əsilli xarici ölkə vətəndaşlarının Azərbaycana gəlməsini məhdudlaşdırır və yaxud aidiyyatı qurumlarla razılaşdırılmasını tələb edir. Bunun çoxlu nümunələri də var. Azərbaycana gəlmək istəyən erməni əsilli xarici ölkə vətəndaşları, Azərbaycanın o ölkədəki səfirliyi və yaxud Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatları ilə görüşür və ölkəmizə gəlməsinə icazə verilir.

Rusiya XİN məsələnin ya mahiyyətini anlamır, ya da məsələni böyüdərək Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq istəyir. Rusiyanın rəsmi dövlət qurumunun məsələyə bu cür birtərəfli, məsuliyyətsiz bəyanat verməsi əlbəttə qəbuledilməzdir. Rusiya bu məsələdən Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə edir, amma Azərbaycan hökuməti Rusiya XİN-nin bu qərəzli bəyanatına gərəkli cavabı elə verməlidir ki, bu cavab Rusiyanı qane etsin və bir daha bu məsələni gündəmə gətirməsin".

Rusiya XİN öz vətəndaşlarına qarşı etnik ayrı-seçkilik edir.

XİN: "Rusiya rəsmisinin öz vətəndaşı olan Dilqəm Əsgərovun geri qaytarılması ilə bağlı səylərini artıracağını gözləyirik" Politoloqun fikrincə, bunu erməni lobbisinin Azərbaycan-Rusiya əlaqələrinin genişlənməsindən ciddi narahatlığının ifadəsi və növbəti təxribatı ilə yanaşı, Rusiya XİN-nin onlara yarınması, həmçinin öz vətəndaşlarına qarşı etnik ayrı-seçkilik kimi də qəbul etmək olar: "Rusiyadakı erməni lobbisinin bu məsələlər barəsində Rusiya XİN-ə təsir etmək imkanı müəyyən qədər əlbəttə var. Amma erməni diasporunun müdaxiləsindən daha çox sanki Rusiya XİN-i bu məsələ barəsində qərəzli bəyanatlar verərək onları məmnun etmək istəyir. Rusiya XİN-nin etnik mənsubiyyətindən asılı olmayaraq, vətəndaşlarının qayğısına qalması, problemlərinii həll etməsi əlbəttə təqdirəlayiqdir. Amma bunu etnik mənsibiyyət ayrımı edərək həyata keçirirsə, demək ki, ciddi problemlər var, bu məsələdən siyasi mənfəətləri üçün istifadə edir.

Rusiya bu qədər səmimidirsə, niyə separat repimdə əsirlikdə saxlanılan Dilqəm Əsgərovun hüquqlarını qorumur? Niyə qondarma rejimdən öz vətəndaşını tələb etmir? Dilqəmin həqiqətən cinayət işlədiyindən əmindirsə, onu alsın, öz ölkəsində cəzasını çəkməyi təmin etsin. Rusiya rəsmiləri Dilqəm Əhmədovun erməni əsirliyində necə psixoloji və fiziki işgəncələrə məruz qaldığını bilmirmi?

Bir sözlə bu, Rusiya XİN-nin kiçik və nəticəsiz diplomatik gedişidir".   Məsələnin məğzi erməni əsilli Serqey Lavrovun təfəkküründə axtarılmalıdır.

Azərbaycanın Moskvadakı səfirliyinə Rusiya XİN-dən heç bir nota daxil olmayıb - RƏSMİ Ekspert qeyd edib ki, belə bəyanatlar Rusiya XİN-nin nüfuzuna xələl gətirir: "Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gəlməsindən sonra əlbəttə Rusiya ilə münasibətlərində müəyyən gərginlik yaşanır. "Rusiya XİN-i belə məsuliyyətsiz bəyanat verərək Ermənistanın könlünü almaq üçün onu dəstəkləyir" demək nə dərəcədə doğru ola bilər? Rusiya bununla Ermənistan hökumətinə "səni dəstəkləyirəm" mesajı verirsə, bu XİN-nin siyasi və diplomatik ciddiyyətinə vurulan zərbədən başqa bir şey deyildir. Məsələnin məğzi Rusiyanın Azərbaycan siyasətinin formalaşdırıldığı məkanlarda və birbaşa erməni əsilli XİN rəhbəri Serqey Lavrovun təfəkküründə axtarılmalı və araşdırılmalıdır".

Azərbaycan tələb etməli, Rusiya təkzib verməlidir.

Rusiya XİN-nin anti-Azərbaycan bəyanatının arxasında nə dayanır? - MÜSAHİBƏ H.Cabbarlının qənaətincə, Rusiya XİN-in bu mövqeyi Rusiya ilə Azərbaycan arasında formalaşmış yüksək səviyyəli əlaqələrin, habelə iki dövlət başçısının bu əlaqələri daha da inkişaf etdirmək istiqamətində iradəsinin və atdığı addımların ruhuna uyğun deyil: "Təcrübədə belə hadisələrin yaşandığını bilirik. Bəzən münasibətləri yaxşı olan dövlətlərdən biri digərini müxtəlif məsələlərdə ittiham edir. Bu bəyanat əlbəttə Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır. Hər iki dövlətin prezidentləri tərəflər arasındakı münasibətləri strateji əməkdaşlıq kimi xarakterizə edirlərsə, bu zaman Rusiya XİN-nin bu bəyanata rəsmi təkzib verməsi vacibdir".

Politoloq həmçinin hesab edir ki, Azərbaycan XİN-i rəsmi olaraq bu bəyanata Rusiya XİN-dən aydınlıq gətirməsini tələb etməli, bunun Azərbaycanın daxili işlərinə müdaxilə kimi dəyərləndirildiyini qarşı tərəfin diqqətinə qəti şəkildə çatdırmalıdır. İlkin İzzət Son.az