Hafiz Paşayev: "Biz həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq" FOTO


Siyasət 20 Yan 2019 09:05:00 685 0

Hafiz Paşayev: "Biz həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq"  FOTO

Xalqımızın azadlıq mübarizəsi tarixinə "oyanış" günü kimi düşən Qara Yanvar hadisələrini gənclər heç zaman unutmamalıdır.

Son.az bildirir ki, Trend-ə "ADA" Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bunu universitetin rektoru, səfir Hafiz Paşayev tələbələrə müraciətində vurğulayıb. O bildirib ki, tarixi unutmaq xalqların qarşısına yeni faciələr çıxara bilər. Millətimizin 1980-ci illərin sonunda başladığı azadlıq uğrunda mübairzəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də 1918-ci ilin faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Rektor Paşayev deyib: "Biz həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq. Bir gəncin dövlətinə verə biləcəyi ən böyük töhfə onun təhsilli olmasıdır. Güclü kadrları olan ölkənin mövqeyi də güclüdür. ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdılar".

ADA Tələbə Şurasının təşkil etdiyi "20 Yanvar: Qanlı Yaddaşımız" tədbirində tələbələr qarşısında, həmçinin tarix elmləri doktoru, millət vəkili, professor Musa Qasımlı çıxış edib. O, qanlı yanvar hadisələrinin siyasi təhlilini verərək Sovet ordu hissələrinin Bakıda mülki əhaliyə qarşı silahlı kütləvi qırğın törətməsini SSRİ rəhbərliyinin ağır cinayəti adlandırib. Və xatırladıb ki, həmin günlər Sovet impreiyasının riyakar siyasətini ifşa edən və baş verənlərə cəsarət və qətiyyətlə düzgün qiymət verən Azərbaycanın Moskvadakı rəsmi nümayəndəliyində mətbuat konfransında ümummilli lider Heydər Əliyev olub.

Tədbirdə Gənc Tamaşaçılar Teatrının bədii heyətinin üzvləri "Arzu və Murad" pyesindən səhnəni ifa edib. Səhnə əsəri Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların saf hissləri, psixoloji və mənəvi durumundan bəhs edirdi. Tədbirin sonunda ADA tələbələri şəhidlərin xatirəsinə hazırlanan bəddi proqramla çıxış ediblər. Universitet tədbiri Azərbaycan bayrağının dalğalandırılması ilə yekunlaşıb. Daha sonra "ADA" Universitetinin yerli və xarici müəlim və tələbələrindən ibarət nümayəndə heyəti Şəhidlər Xiyabanını ziyarət edərək 20 Yanvar şəhidləri və Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban verən digər şəhidlərin xatirəsinə ehtiramlarını ifadə ediblər.


Xəbərə aid foto