"20 Yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış silahlı təcavüzü idi"


Siyasət 20 Yan 2019 09:09:00 483 0

"20 Yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış silahlı təcavüzü idi"

Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsini törətməkdə məqsəd xalqımızın azadlıq ruhunu, istiqlaliyyəti uğrunda mübarizəsini sındırmaq idi. Ancaq belə çirkin məqsədli qüvvələr öz istəklərinə nail ola bilmədilər.

Son.az bildirir ki, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva deyib.

G.Baxşəliyeva bildirib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş bu faciəli hadisələr, əslində, xalqımızın qəhrəmanlıq tarixi idi: "Çünki həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Azərbaycan xalqı hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxaraq fədailik nümayiş etdirdi və bir qəhrəmanlıq tarixi yazdı".

O qanlı hadisələrindən 29 il ötdüyünü xatırladan professor vurğulayıb ki, 20 Yanvar faciəsi böyük imperiyanın Azərbaycan xalqına qarşı əvvəlcədən planlaşdırılmış silahlı təcavüzü idi: "Bu faciə zamanı yüzlərlə insan öldürüldü, xəsarət aldı, qanunsuz həbs edildi. İstər keçmiş SSRİ rəhbərliyi, istərsə də o zamankı Azərbaycan rəhbərliyi bu faciəyə görə məsuliyyət daşıyır".

G.Baxşəliyeva qeyd edib ki, ümummilli lider Heydər Əliyev həmişə olduğu kimi o vaxt da Azərbaycan xalqının yanında oldu, bütün təhlükələrə baxmayaraq, Azərbaycanın Moskvadakı nümayəndəliyinə gəldi və bu hadisələr haqqında bütün dünyaya düzgün məlumat çatdırdı: "Məhz ümummilli liderin sayəsində bütün dünya bu faciədən xəbər tutdu, xalqımızın haqq səsi dünya ictimaiyyətinin diqqətinə çatdırlıdı".

Millət vəkili əlavə edib ki, hər il 20 Yanvar günün başda Prezident İlham Əliyev olmaqla, xalqımız şəhidlərimizin xatirəsini hörmətlə anır: "Xalqımız heç zaman öz qəhrəmanlarını unutmur. Dövlət səviyyəsində 20 Yanvar faciəsinin anılmasına xüsusi diqqət yetirilir".

Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.

Hafiz Paşayev: "Biz həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq"  FOTO like
  • 20 Yan 09:05  
Siyasət Hafiz Paşayev: "Biz həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq" FOTO

Xalqımızın azadlıq mübarizəsi tarixinə "oyanış" günü kimi d

arrow Ətraflı
ABŞ-da dünyanın "ən sevimli iti" ölüb like
  • 20 Yan 08:23  
Digərləri ABŞ-da dünyanın "ən sevimli iti" ölüb

İnternetin ən populyar itlərindən biri Pomeran şpitsi Bu 12 yaşında ölü

arrow Ətraflı
Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır like
  • 20 Yan 08:00  
Digərləri Bu gün bu küçələrdə hərəkət TAM məhdudlaşdırılır

20 Yanvar faciəsi qurbanlarını yad edənlərin rahat, fasiləsiz və təhlük

arrow Ətraflı
İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisi təşkil ediləcək like
  • 20 Yan 07:21  
Digərləri İsveçrə və Azərbaycan fotoqraflarının birgə fotosərgisi təşkil ediləcək

İsveçrənin Azərbaycandakı səfirliyi İsveçrə və Azərbaycan fotoqraflar

arrow Ətraflı
Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... – Şəhid bacısının XATİRƏLƏRİ like
  • 20 Yan 07:05  
Digərləri Eyni gündə doğulub, eyni gündə şəhid olan Yusif... – Şəhid bacısının XATİRƏLƏRİ

20 Yanvar hadisələrində şəhid olan Yusif Sadıqov 1964-cü ildə Göyçə g

arrow Ətraflı
Çili sahillərində 6,8 bal gücündə zəlzələ olub like
  • 20 Yan 06:38  
Digərləri Çili sahillərində 6,8 bal gücündə zəlzələ olub

Çili sahillərində 6,8 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Suraxanıda 4 otaqlı ev yanıb like
  • 20 Yan 05:20  
Digərləri Suraxanıda 4 otaqlı ev yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 110 m² olan birmərtəbə

arrow Ətraflı
Nazirlik: Ötən il 52 minə yaxın şəxs işlə təmin edilib like
  • 20 Yan 03:16  
Digərləri Nazirlik: Ötən il 52 minə yaxın şəxs işlə təmin edilib

Ötən il Dövlət Məşğulluq Xidməti tərəfindən 51 774 nəfər şəxs mü

arrow Ətraflı
Suraxanıda kafe yanıb like
  • 20 Yan 02:18  
Digərləri Suraxanıda kafe yanıb

Bakıda yanğın hadisəsi qeydə alınıb.

arrow Ətraflı
Hafiz Paşayev: Biz, həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq (FOTO) like
  • 20 Yan 01:44  
Digərləri Hafiz Paşayev: Biz, həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq (FOTO)

Xalqımızın azadlıq mübarizəsi tarixinə “oyanış” günü kimi düşə

arrow Ətraflı
Azərbaycan Universitetində 20 Yanvar hadisələri anılıb like
  • 20 Yan 01:28  
Digərləri Azərbaycan Universitetində 20 Yanvar hadisələri anılıb

Azərbaycan Universitetinin kollektivi Şəhidlər Xiyabanını ziyarət edib.

arrow Ətraflı