GUAM-ın keçmiş baş katibi: Bakıda 20 Yanvar hadisələrinə əsl vətənpərvərlər müqavimət göstərib


Digərləri 20 Yan 2019 07:00:00 386 0

GUAM-ın keçmiş baş katibi: Bakıda 20 Yanvar hadisələrinə əsl vətənpərvərlər müqavimət göstərib

Bakıda 20 Yanvar hadisələrinə əsl vətənpərvərlər müqavimət göstərib

Bakı. Ləman Zeynalova - Bakıda 20 Yanvar hadisələrinə əsl vətənpərvərlər müqavimət göstərib. Bunu Trend-ə gürcüstanlı politoloq, GUAM – Demokratiya və iqtisadi inkişaf naminə Təşkilatın keçmiş baş katibi Valeri Çeçelaşvili deyib. Politoloq deyib: “Mən bu hadisələr barədə yalnız bakılı dostlarımın dediklərinə əsasən danışa bilərəm. 20 Yanvar hadisələri dağılmaqda olan imperiyanın aşınması idi və bu hadisələrə əsl vətənpərvərlər müqavimət göstərdi”. V.Çeçelaşvili qeyd edib ki, bu cür proseslər həm Baltikyanı ölkələrdə, həm də Tbilisi və Bakıda baş verdi: “Öz ölkələri və vətənlərinin gələcəyi üçün canlarını qurban vermiş insanlar parlaq şəxsiyyətlər, vətənpərvərlər idi”. O bildirib ki, Azərbaycan və Gürcüstan çox çətin bir dövrdən keçməli oldu: “Dövlətçiyilin bərpa olunmasından sonra onun qurulması ciddi qurbanlar tələb edib. Bundan yan ötmək çox ağır idi. Amma fikrimcə, Azərbaycanın o cəhətdən bəxti gətirdi ki, bu cür mürəkkəb tarixi inkişaf yolunda dövlətin başında hər mənada görkəmli şəxsiyyət – Prezident Heydər Əliyev dayandı. Fikrimcə, analitiklər onun Azərbaycan dövlətçiliyinin qurulmasında rolunu qiymətləndirməlidirlər. Çünki bu lider daxildə ciddi müqavimət və xaricdən ciddi siyasi təzyiq şəraitində bu gün də təkcə Azərbaycanın yox, həm də bütün regionun firavanlığını və rifahını təmin edən iri layihələrin reallaşdırılmasının əsasını qoya bildi”. Politoloq hesab edir ki, Azərbaycanın və Gürcüstanın əsas çətinlikləri geridə qalıb: “Bu o demək deyil ki, bizim qarşıda çətin dövrlərimiz olmayacaq. Amma fikrimcə, Azərbaycan və mənim ölkəm, Gürcüstan öz dövlətçiliyini gücləndirəcək, beynəlxalq münasibətlər sistemində öz layiqli yerlərini tapacaq və əhali üçün layiqli şərait, həyat standartlarını təmin edəcək. Ona görə də mən gələcəyə nikbinliklə baxıram”. V.Çeçelaşvili əlavə edib ki, Azərbaycan və Gürcüstan xalqları arasında ənənəvi dostluğa əsaslanan strateji tərəfdaşlıq çox vacibdir: “Gürcüstanın bəxti gətirib ki, onun Azərbaycan kimi qonşusu və tərəfdaşı var və Azərbaycanın bəxti gətirib ki, onun Gürcüstan kimi qonşusu və tərəfdaşı var”. Qeyd edək ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin