Berndə fəaliyyət göstərn “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib (FOTO)


Digərləri 20 Yan 2019 04:50:00 395 2

Berndə fəaliyyət göstərn “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib (FOTO)

Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib.

Bakı. Azərbaycan Respublikasının İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığındakı Səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bern şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbində 20 Yanvar faciəsinin 29-cu ildönümü yad edilib və şagirdələrə Bakı şəhərində törədilmiş qanlı faciə ilə bağlı geniş məlumat verilərək, bu hadisələrin Azərbaycan xalqının müstəqillik uğrunda əzminin bariz nümunəsinin olması və Azərbaycanın suverenliyi naminə qəhramanlıq rəmzi kimi yaddaşlarda qalması qeyd edilib. İlk öncə tarixə qisa ekskurs edilib və o zamanın qeyri-stabil dövrü barəsində məlumat verilib. 20 Yanvar hadisələri zamanı günahsız və silahsız insanların sovet qoşunları tərəfindən qətlə yetirilməsinə baxmayaraq, bu hadisənin Azərbaycan xalıqının ruhunu sındıra bilməməsi qeyd edilib. Şagirdlərə 20 Yanvar faciəsi ilə bağlı məlumatlatı özündə əks etdirən əyani-vəsaitlər təqdim edilib və şagirdlər bu mövzuda şerlər oxuyub.