Nazirlik: Ötən il 52 minə yaxın şəxs işlə təmin edilib


Digərləri 20 Yan 2019 03:16:23 459 0

Nazirlik: Ötən il 52 minə yaxın şəxs işlə təmin edilib

Ötən il Dövlət Məşğulluq Xidməti tərəfindən 51 774 nəfər şəxs münasib işlərlə təmin edilib

Bakı. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən 2017-ci ilə nisbətən 8,1% çox olmaqla 51 774 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin edilib. Nazirlik Trend-ə verilən məlumata görə, işlə təmin edilənlərin 14700 nəfəri gənclər, 549 nəfəri əlilliyi olan şəxslər, 17879 nəfəri qadınlar, 2686 nəfəri məcburi köçkünlər və b. olub. Ötən il özünüməşğulluq proqramına cəlb edilənlərin sayı 2017-ci illə müqayisədə 6,5 dəfə çox olmaqla 7896 nəfər təşkil edib. Onlardan biznes planlarını uğurla müdafiə edən 7267 nəfər proqramın iştirakçısı olub.