Hafiz Paşayev: Biz, həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq (FOTO)


Digərləri 20 Yan 2019 01:44:19 679 0

Hafiz Paşayev: Biz, həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq (FOTO)

Xalqımızın azadlıq mübarizəsi tarixinə “oyanış” günü kimi düşən Qara Yanvar hadisələrini gənclər heç zaman unutmamalıdır.

Bakı. Xalqımızın azadlıq mübarizəsi tarixinə “oyanış” günü kimi düşən Qara Yanvar hadisələrini gənclər heç zaman unutmamalıdır. Trend-ə “ADA” Universitetinin mətbuat xidmətindən verilən məlumata görə, bunu universitetin rektoru, səfir Hafiz Paşayev tələbələrə müraciətində vurğulayıb. O, bildirib ki, tarixi unutmaq xalqların qarşısına yeni faciələr çıxara bilər. Millətimizin 1980-ci illərin sonunda başladığı azadlıq uğrunda mübairzəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də 1918-ci ilin faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Rektor Paşayev deyib: “Biz, həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq. Bir gəncin dövlətinə verə biləcəyi ən böyük töhfə onun təhsilli olmasıdır. Güclü kadrları olan ölkənin mövqeyi də güclüdür. ADA məzunları yeni dövrün çağırışlarına hazır olmalıdılar.”