Serbiyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (FOTO)


Digərləri 20 Yan 2019 01:28:20 561 0

Serbiyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb (FOTO)

Yanvarın 19-da Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirib.

Bakı. Yanvarın 19-da Azərbaycan Respublikasının Serbiya Respublikasındakı səfirliyi Qanlı Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar anma mərasimi keçirib. Trend-ə Azərbaycan Serbiyadakı səfirliyindən verilən məlumata görə, tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzi və Belqrad Universitetində fəaliyyət göstərən Azərbaycan dili və mədəniyyəti mərkəzinin əməkdaşları, Serbiya-Azərbaycan Ticarət Palatasının və Serbiya-Azərbaycan Dostluq Cəmiyyətinin üzvləri, Parlamentin Serbiya Azərbaycan Dostluq Qrupunun üzvləri, Serbiyada fəaliyyət göstərən, ölkəmizin “AzVirt” şirkətinin rəhbərliyi, səfirliyin əməkdaşları, eləcə də burada çalışan, təhsil alan azərbaycanlılar iştirak ediblər. Əvvəlcə iştirakçılar 20 Yanvar faciəsini əks etdirən fotoguşə ilə tanış olub, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.