Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək


Digərləri 19 Yan 2019 23:52:00 664 0

Sürücülərə ŞAD XƏBƏR: Bu ərazilərdə dayanmaya icazə veriləcək

Fevralın 1-ə qədər paytaxtın bəzi küçə və prospektlərində dayanma və durma nişanlarında dəyişiklik ediləcək. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları sıxlığın az müşahidə olunduğu küçələrdə dayanma və durma nişanlarını sadəcə "durmaq qadağandır" nişanı ilə əvəzləyəcəklər.

Paytaxda bəzi küçə və prospektlərdə yol nişanlarında dəyşiklik ediləcək. Xüsusilə də son günlər sürücülərin narazılıq etdiyi dayanma və durma nişanları daha ciddi təhlil edilərək yenilənəcək.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu barədə məlumatı 'Bakı Nəqliyyat Agnetliyinin mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, yaxın bir həftə ərzində qanunsuz parklanmaya intelektual nəzarət sisteminin kameralarının fəaliyyət göstərdiyi küçə və prospektlərdə dayanma və durma qaydalarının pozulması hallarında azalmalar müşahidə edilir. Səbəb də həmin sürücülərin anında cərimə edilməsidir.