Şəhidlər xiyabanı ziyarətə hazırdır


Digərləri 19 Yan 2019 23:56:00 575 0

Şəhidlər xiyabanı ziyarətə hazırdır

Şəhidlər xiyabanında 20 yanvar hadisələrinin növbəti ildönümü ilə bağlı hazırlıqlar başa çatıb. Xiyabanda hər tərəf şəhidlərin ruhuna hörmət əlaməti olaraq qırmızı qərənfillərlə bəzədilib. Artıq bu gündən minlərlə insan xiyabana axın etməyə başlayıb.

Sabah ümümxalq hüzn gündür. 20 yanvar faciəsi ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri yekunlaşıb və ziyarətçiləri qəbul etməyə tam hazırdır. Hər il olduğu kimi bu ildə faciə rəmzi olan qərənfillərdən Şəhidlər xiyabanına girişdə xalça kompozisiyası hazırlanıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, bu boynu bükük qırmızı qərənfillər düz 29 ildir ki, hər il Şəhidlər xiyabanını bəzəyir. Xiyabanın girişindən başlayaraq şəhidlərin məzarlarına qədər qərənfillər düzülüb. Xiyaban boyu divarlara qara və qırmızı lentlərdən hazırlanmış səkkiz güşəli ulduzlar vurulub.

Əraziyə güllərdən xalça döşənib. Pilləkənlərdə ağ və qırmızı qərənfillərlə "20 Yanvar" sözü yazılıb. Anım gününə 1 gün qalsa da, uşaqdan böyüyə xeyli insan şəhidləri ziyarət edir.

İnsanlar azadlıq carçılarını ziyarət etməyi vətəndaşlıq borcu hesab edirlər.