Ərazidə süni tıxac: Avtobus sürücüləri işıqforda saxlayır


Digərləri 19 Yan 2019 23:57:00 824 0

Ərazidə süni tıxac: Avtobus sürücüləri işıqforda saxlayır

Paytaxtın Nobel Prospektində şəhərdən üzü Zığ yolu istiqamətinə 2 saylı "ASAN Xidmət"in qarşısında sürücülər marşrut avtobuslarını düz işıqforun bir neçə addımlığında saxlayırlar. Onlar buna səbəb kimi isə dayanacağın işıqforla yaxın məsafəyə qoyulmasını göstərirlər. Ancaq baxmayaraq ki, həmin ərazidə 20-25 metr aralıda geniş avtobus cibi yaradılıb.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, avtobus dayanacağı işıqforun bir neçə addımlığında qoyulub. Halbuki yaxınlıqda avtobusların rahat dayanması və sərnişin düşürüb-mindirməsi üçün geniş cib yaradılıb.

Ancaq sürücülər avtobusları cibin ərazisində yox, düz işıqforun yaxınlığında quraşdırılan dayanacaqda saxlayırlar. Nəticədə də süni tıxac yaranır.

Görüntülər paytaxtın Xətai rayonu Nobel prospektində, 2 saylı ASAN xdimətin qarşısındandır. Burada avtobus dayanacağı işıqfora yaxın qoyulub. Elə buna görə də avtobus sürücüləri məhz bu dayanacaqda sərnişin düşürüb-mindirmək məcburiyyətində qalırlar.