Başağrısı 40a yaxın xəstəliyin əlaməti ola bilər


Digərləri 19 Yan 2019 23:40:00 594 0

Başağrısı 40a yaxın xəstəliyin əlaməti ola bilər

Son vaxtlar baş ağrılarından şikayətlənməyən yoxdur, az qala əhalinin üçdə ikisi həmin problemlə əlaqədar narahatlığını bildirir.

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının həkim-nevropatoloqu Yeganə Rəşidova universitetin mətbuat xidmətinə bu barədə müsahibə verib.

Həkim-nevropatoloq deyib: "Son vaxtlar müraciətlərin çoxu başağrıları ilə əlaqədardır. Demək olar ki, bütün yaş təbəqələrində, necə deyərlər, 7-dən 77-yə hamı başağrısından şikayətlənir.

Başağrısı 40-a yaxın xəstəliyin aparıcı simptomu ola bilir. Amerikalı alimlər ən çox hansı xəstəliklə bağlı həkimə müraciət edilməsi barədə araşdırma aparıblar. Məlum olub ki, müraciətlərin 70 faizini başağrıları təşkil edir. Bunun üzərinə xəstələrin özlərini evdə müalicə olunduqlarını, həkimə müraciətdən qorxma hallarını və digər məsələləri də gəlsək, onda xəstələrin müraciətini əks etdirən həmin rəqəm bir qədər də artar.