Yaşıl çay cövhəri xərçəngin dərmanı imiş


Digərləri 19 Yan 2019 23:50:00 679 0

Yaşıl çay cövhəri xərçəngin dərmanı imiş

Böyük Britaniyanın Suonsi Universitetinin alimləri ağciyərdə xərçəng hüceyrələrini bütünlüklə məhv edə bilən nano hissəciklər yarada biliblər. Son.az faktxeber.com-a istinadən bildirir ki, bu barədə ACS Applied Nano Materials jurnalında bildirilib.

Məlumata görə, belə nəticəyə yaşıl çay cövhəri sayəsində gəlmək mümkün olub.

Araşdırmasılar müəyyən ediblər ki, bir çox mikrob və bitki hüceyrələri  təbii nanohissəcikləri sintez edə bilir. Onlar orqanizmlərin hüceyrələrinin ekstraktının köməyi ilə kvant nöqtələr toplayıb, sonra isə bakterii koloniyalarında və xərçəng hüceyrələrində sınaqdan keçiriblər.

Eksperiment zamanı məlum olub ki, yaşıl çayı, daha doğrusu onun ekstraktını nanohissəciklər toplamaq üçün istifadə etmək olar.