Liviya sahillərində gəmi qəzaya uğrayıb:


Dünya 19 Yan 2019 23:32:00 447 0

Liviya sahillərində gəmi qəzaya uğrayıb:

Aralıq dənizinin Liviya sahillərində miqrantları daşıyan gəminin qəzaya uğraması nəticəsində 117 nəfər itkin düşüb.

Son.az Trend-ə istinadən bildirir ki, xilasedicilər 3 nəfəri xilas edə bilib. Miqrasiya üzrə Beynəlxalq Təşkilatının nümayəndəsi Flavio di Cakomo deyib ki, gəminin göyərtəsində 120 nəfər olub: "İtkin düşənlərin arasında 10 qadın və 2 uşaq var".