"ABŞ Əfqanıstanda İŞİDə dəstək verir"


Dünya 19 Yan 2019 23:33:00 465 0

"ABŞ Əfqanıstanda İŞİDə dəstək verir"

İran ordusunun Strateji Araşdırmalar Mərkəzinin rəhbəri briqada generalı Əhməd Rıza Purdastan bildirib ki, Əfqanıstanda minlərlə İŞİD yaraqlısı ABŞ və bölgə dövlətlərindən dəstək alır.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə "Fars News" nəşri məlumat yayıb.

"Əfqanıstan ərazisində böyük sayda, təqribən yeddi min İŞİD yaraqlısı var, onlara silah tədarükünü Səudiyyə Ərəbistanı, BƏƏ maliyyələşdirir, amerikalılar isə onlardan (terrorçulardan) İran, Rusiya və Çinə təzyiq vasitəsi kimi istifadə edirlər", - deyə Purdastan bildirib.