Hansı hallarda valideynin valideynlik hüququ


Digərləri 19 Yan 2019 23:35:00 643 0

Hansı hallarda valideynin valideynlik hüququ

Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan ailələrində valideynlərin uşaqlara fərqli münasibəti mövcuddur. Belə ki, kimi öz övladının yaxşı təhsili və tərbiyəsi barədə düşünür, kimi uşağına qazanc mənbəyi kimi baxır, kimi də uşaq mənimdir, özüm bilərəm deməklə onu vaxtaşırı fiziki təzyiqlərə məruz qoyur.

Bəs görəsən, uşağının hüququnu mütəmadi olaraq tapdalayan valideynlərin valideyn olmağa hüququ çatırmı? Ümumiyyətlə, hansı hallarda valideynin valideynlik hüququ əlindən alına bilər?

Son.az gencaile.az-a istinadən bildirir ki, Uşaq Hüquqları üzrə QHT Alyansının İdarə Heyətinin sədri Nazir Quliyevin sözlərinə görə, uşaq hüquqlarının pozulmasının başlıca səbəbi valideyn məsuliyyətsizliyidir. Belə ki, uşaqların zorakılığa məruz qalmasında, onların əməyə cəlb olunmasında valideynlərin "böyük rolu" var: "Bu gün valideynlərin böyük əksəriyyəti uşaq hüquqlarına hörmətlə yanaşmır. Belə ki, valideynlər mütəmadi uşaqların hüququnu pozur, çox zaman uşaqlara gəlir mənbəyi kimi baxır. Bəzi valideynlər belə düşünür ki, uşaq işləməli, evə gəlir gətirməlidir. Təbii ki, sosial ehtiyacı olan ailələr var ki, belə ailələrdə uşaqların çalışması az da olsa başa düşüləndir. Amma bir çox ailələr var ki, valideynlər evdədir, çalışmır, amma uşaqları ya dilənçiliyə, ya da əməyə məcbur edirlər".

Qanunvericilikdə müəyyən müddəalar olsa da...

Nazir Quliyevin sözlərinə görə, belə hallar İnzibati Xətalar Məcəlləsində müəyyən müddəalarla tənzimlənsə də, qanunvericiliyin özündə valideyn məsuliyyətini sərtləşdirə biləcək normalar mövcud deyil. O hesab edir ki, Ailə Məcəlləsində valideynlik hüquqlarından məhrumetmə maddəsinin müddəalarını daha da genişləndirmək və sərtləşdirmək lazımdır. Qızların erkən ərə verilməsi, onların nəyəsə məcbur edilməsi hallarını valideynlik hüququndan məhrumetmə müddəalarına salınmasının vacib olduğunu bildirən ekspert deyir ki, Ailə Məcəlləsində valideynlik hüququndan məhrumetmənin əsaslarında "Uşaqla amansız davrandıqda" yazılır: "Amansız termini bir qədər ağırlaşdırılmış formadı. Amansız kiminsə gözünü çıxarmaq, kiminsə xəsarət yetirmək kimi qəbul edilir. Bir çox ölkələrdə uşaq hüquqlarının pozulması, uşağa qarşı etinasızlıq valideynlik hüququndan məhrum etmənin əsasları sayılır".

Onun dediyinə görə, ölkədə uşaq müraciət sistemində böyük problemlər mövcuddu:. "Riskli ailələrin müəyyən edilməsi prosesi çətin olduğu üçün ailələrdə uşaqlar bir çox problemlərlə üzləşir, amma hara müraciət edəcəklərini bilmirlər. Bunun da nəticəsində uşaq intiharlarının sayı artır. Təklif edirəm ki, problemli ailələrdə valideyn məsuliyyətini yaratmaq üçün uşaq reabilitasiya mərkəzləri fəaliyyət göstərməlidir. "Belə olarsa, valideynlər uşaqları ilə başqalarının da ünsiyyətdə olduğunu bilib, onların hüquqlarını pozmaqdan ehtiyat edərlər".

Sağlam olmayan ailələr qeyri-sağlam münasibət