Cennifer Lopez, Penelopa Kruz bu pəhrizlə arıqlayıb


Digərləri 19 Yan 2019 23:10:00 1297 0

Cennifer Lopez, Penelopa Kruz bu pəhrizlə arıqlayıb

Bütün dünyada məşhur olan Dukan pəhrizi fransız həkim və qida mütəxəssisi Pyer Dukan tərəfindən kəşf olunub. 2000-ci ildə mütəxəssisin "Necə arıqlayacağımı bilmirəm" ("I don't know how to get slimmer") adlı kitabı nəşr olunandan sonra pəhriz getdikcə daha çox populyarlıq qazanmağa başlayıb. Bu pəhriz sayəsində Cennifer Lopez, Karl Laqerfeld, Penelopa Kruz, Jizel Bundhen kimi tanınmışlar artıq çəkilərindən qurtulublar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Dukan pəhrizinin bütün dünyada yayılmasının əsas səbəbi tez effekt verməsi və nəticənin qalıcı olmasıdır. Bu pəhrizlə 1 həftə ərzində 5 kilo arıqlamağın mümkün olduğu deyilir.

4 mərhələdən ibarət pəhriz proqramının ilk iki mərhələsi arıqlayıb, normal çəkiyə düşməyə kömək edir. Üçüncü və dördüncü mərhələ isə əldə olunan nəticənin qorunmasına imkan verir.

Birinci mərhələ: Hücum

Bu mərhələdə bədəndəki su sürətlə atılır, metoblizm sürətlənir və qısa zamanda xeyli çəki itirilir. Pəhrizin müddəti aşağıdakı kimidir:

10-20 kq artıq çəkisi olanlar - 3-5 gün

20-30 kq artıq çəkisi olanlar - 5-7 gün

30 kq və daha artıq çəkisi olanlar - 5-10 gün

10 gündən artıq davam etdirmək olmaz.

Birinci mərhələdə zülalla zəngin ərzaqlarla qidalanmaq lazımdır. Bura yağsız dana əti, toyuq, hinduşka, balıq, yumurta, yağsız süd, yağsız pendir, yağsız qatıq, yulaf kəpəyi olmaqla ümumilikdə 72 qida daxildir.

İkinci mərhələ: Müşahidə