Boşanmaların artma səbəbləri: dözümsüzlük,


Digərləri 19 Yan 2019 22:35:00 537 0

Boşanmaların artma səbəbləri: dözümsüzlük,

Azərbaycanda son 10 ildə boşanmaların sayı 146 faiz artıb. Xəbər verdiyimiz kimi, bu statistikanı hüquqşünas Ələsgər Məmmədli açıqlayıb. Hüquqşünas qeyd edib ki, 2018-ci ilin 10 ayı ərzində 50 882 evlənmə, 12 396 boşanma qeydə alınıb.

Ümumiyyətlə isə son 10 il ərzində statistika çox ciddi artıb və trend sürətlə yüksəlməkdədir. Belə ki, 2008-ci ildə ölkədə 79 964 evlilik, 7933 boşanma qeydə alınıb. Yəni boşanmanın evliliyə nisbəti 9,92% olub. 2018-ci ildə bu nisbət 24,36%-dək yüksəlib.

Son.az gencaile.az-a istinadən bildirir ki, 10 il öncə hər qurulan 10 ailənin 1-i boşanma ilə nəticələnirdisə, bu il hər 4 ailənin biri boşanma ilə sonlanıb. Qısacası, 10 ildə boşanma 146% artıb. Təbii ki, boşanmaların sayının artması, östərilən statistikalar cəmiyyətdə narahatlıqla qarşılanır. Son zamanalrda tez-tez  hansısa gənc ailələrin çox erkən, hətta bir ay sonra boşandıqlarının şahidi oluruq. Onların arasında adi vətəndaşlar da, tanınmışlar da var. Bəs səbəb nədir, dözümsüzlük, yoxsa maddi və ya psixoloji problemlər?

Ekspertlərin bəziləri önə çıxan səbəb kimi gənclər arasında dözümsüzlüyü qeyd edirlər. Belə ki, gənclər artıq bir-birilərinə qarşı dözümlülük nümayiş etdirmək, göz yummaq istəmir, nəticədə gənc ailənin təməli qoyulmadan dağılır. Bəzən 20-30 illik ailələrin dözümsüzlük səbəbindən dağıldığının şahidi oluruq.

Boşanmalara səbəb digər amil kimi gənc ailələrə kənar müdaxilə və basqıların olması göstərilir. Daim basqı altında qalmaqdan, ailədaxili dedi-qodulardan bezən cütlüklər isə sonda boşanmaq qərarına gəlir. Digər səbəb kimi isə yeni gənc nəslin ailə məsələlərinə, dəyərlərinə məsuliyyətsiz yanaşması, psixoloji durumlarının aşağı səviyyədə olması göstərilir.