Son vaxtların ən məşhur pəhrizi


Digərləri 19 Yan 2019 22:15:00 496 0

Son vaxtların ən məşhur pəhrizi

Yalnız su ilə qidalanaraq, pəhriz saxlayanların sayı artır. Müxtəlif ölkələrdə yayılan bu pəhrizə su orucu deyirlər. Su orucu nə deməkdir, onun faydaları və zərərləri nələrdir?

Son.az e-tibb.az-a istinadən bildirir ki, su orucu 24-72 saat tutula bilər. Bu müddətdə yalnız su içilir, qida qəbul edilmir. Üç gündən artıq tətbiq etmək istəsəniz, mütləq həkim nəzarətində olmalısınız. Ümumiyyətlə, su orucu hər kəs üçün uyğun olmaya bilər. 

Niyə su orucu tuturlar?

- Dini və ya mənəvi səbəblərlə

- Arıqlamaq məqsədilə

- Detoks üçün

- Sağlamlıq baxımından faydalı olduğu üçün

Su orucunun faydaları

Bəzi xəstəliklər üçün risk faktorlarına malik şəxslərin "qısa müddətli aclıqdan" faydalana biləcəyi düşünülür. Risk faktorları arasında ürək xəstəliyi, yüksək təzyiq, yüksək xolesterol, diabet, həddən artıq köklük var. Bu risk faktorları bir-biri ilə əlaqədardır.

Bədən enerji mənbəyi olaraq lazımı karbohidratları qəbul edə bilmədikdə yağlardan istifadə etməyə başlayır. Bu zaman bədəndə yığılan yağlar sürətlə yanmağa başlayır, insan sürətlə arıqlayır.