Astma xəstəliyinə qarşı yeni preparat yaradılıb


Digərləri 19 Yan 2019 22:05:00 577 0

Astma xəstəliyinə qarşı yeni preparat yaradılıb

Rusiyalı alimlər astma xəstəliyinin əsas mexanizmlərindən birinin - xroniki bronxit soyuqlamasının qarşısını ala biləcək preparat yaradıblar.

Son.az e-tibb.az-a istinadən bildirir ki, Rusiyanın İmmunologiya İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü Musa Xaitov "İzvestiya"ya müsahibəsində bildirib ki, soyuqdəymə əleyhinə olan yeni preparat boğulma ilə nəticələnən tutmaların da qarşısını alacaq.

Onun sözlərinə görə, yeni yaradılmış preparatın dünyada analoqu yoxdur, hazırda bu, ən qabaqcıl dərmandır. Özünün unikal genetik tərkibi sayəsində preparat maksimal effektivliyə malikdir.