Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub


Digərləri 19 Yan 2019 21:32:00 611 0

Filarmoniyada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunub

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 19-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qara Yanvarın 29-cu ildönümünə həsr olunan xatirə tədbiri keçirilib.

Son.az bildirir ki, mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazirin birinci müavini Vaqif Əliyev, nazir müavini Rafiq Bayramov, nazirliyin kollektivi, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Gecədə Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında Volfqanq Amadey Motsartın "Rekviyem" əsəri səsləndirilib. Tədbirdə həmçinin, Azərbaycan Dövlət Xor Kapellası (bədii rəhbər - Xalq artisti Gülbacı İmanova), əməkdar artistlər Fəridə Məmmədova, Səbinə Əsədova, Əliəhməd İbrahimov, Anton Ferştandt çıxış ediblər.