Gecə qəbul edilərkən daha


Digərləri 19 Yan 2019 21:35:00 632 0

Gecə qəbul edilərkən daha

Bəzi qidalar gecə istifadə olunanda normalda verdiyi faydaların 2 qatını verir. Aparılan araşdırmalara görə, bəzi qidalar gecə yatmazdan öncə qəbul edilərsə, orqanizmi xəstəliklərə qarşı daha dözümlü edir. Bəs bu qidalar hansılardır?

Pomidor

Son.az gencaile.az-a istinadən bildirir ki, gün ərzində qəbul edilən bəzi qidalar bədəndə həm iltihaba, həm də suyun toplanmasına səbəb olur. Bu vəziyyətdən qurtulmaq üçün bol miqdarda antioksidantı olan pomidor yatmazdan öncə yeyilə bilər.

Quşqonmaz

Tərkibindəki turşu sayəsində immun sistemini qüvvətləndirir və gecə bədən temperaturunun anidən aşağı enməsini əngəlləyir. Qaraciyərdə yığılan toksiki maddələri uzaqlaşdırır.

Çobanyastığı çayı

Gecə yatmazdan öncə bir fincan çobanyastığı çayı içmək gün boyu qəbul edilən bütün qidaların zərərli maddələrini yox edir. Beyinin sağlam qalmasına yardımçı olur. Stressiz yuxudan qalxmağınızı təmin edə bilər.

Bal